BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Azərbaycan Prezidentin apardığı siyasət nəticəsində günü-gündən qüdrətlənir”

“Amerikanın nüfuzlu “U. S. News & World Report” jurnalı dünyanın ən güclü ölkələrinin reytinqini açıqlayıb. Həmin reytinq cədvəlində Azərbaycan dünya ölkələri arasında 45-ci yerə layiq görülüb. Burada bir neçə məqam var. Reytinq cədvəlini hazırlayan ekspertlər insanların sosial rifahının yaxşılaşdırılması, ölkənin ordu quruculuğu istiqamətində atdığı addımları, ordunun vəziyyəti, eyni zamanda, dövlətin iqtisadi dayanıqlılığı kimi amilləri nəzərə alıb. Bütün bu amillər, faktlar həmin reytinq cədvəlində bizim 45-ci yerə yüksəlməyimizə gətirib çıxardı. Azərbaycanın dünya ölkələri arasında həmin pilləyə sahib olması qürurvericidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Cavid Osmanov deyib.

 

Deputat bildirib ki, bu, çox müsbət bir haldır: “Biz bilirik ki, 2019-cu ildə Azərbaycanda çox işlər görülüb. Ölkəmizdə aparılan islahatlar bunun tərkib hissəsidir. 2019-cu ilin həm yanvar, həm iyul aylarında cənab prezidentimiz tərəfindən Azərbaycan vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılması ilə əlaqədar olaraq 30-a yaxın sərəncam imzalanıb. Əməkhaqları artırıldı. Sosial müavinətlərin, minimum əmək pensiyalarının 200 manata çatdırılması, minimum əməkhaqqının 2 dəfə artırılaraq 130 manatdan 250 manata çatdırılması, eyni zamanda, Azərbaycanda ordu quruculuğu sahəsində uzun illərdir müsbət tendensiyalar həmin reytinq cədvəlindəki mövqeyimizi müəyyənləşdirən amillərdəndir”.

 

Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycan bölgədə - Zaqafqaziya ölkələri içərisində ən güclü orduya malikdir: “Qüdrətli ordumuz var. Nəhəng dövlətlərlə bağlanan müqavilələr əsasında ən güclü silahlar ordumuzun arsenalına daxil edilib. Bu gün ordumuz dünyanın qüdrətli orduları sırasındadır. Dayanıqlı iqtisadiyyatımız var. Təbii ki, bu reytinqdə əsas nəzərə alınan faktorlardan biri də iqtisadiyyatın dayanıqlılığıdır. Biz bilirik ki, 2018-ci ilə nisbətən 2019-cu il bizim iqtisadi göstəricilərimiz daha da artıb”.

 

Cavid Osmanov onu da əlavə edib ki, hazırda Azərbaycan dövlətinin dünyanın nəhəng ölkələri ilə iqtisadi əlaqələri mövcuddur: “Bu günlərdə statistik göstəricilər də açıqlanadı. Hazırda dünyanın 90 ölkəsi ilə Azərbaycanın ticari dövriyyəsi var. Bu o deməkdir ki, Azərbaycan dünyanın əksər ölkəsi ilə siyasi əlaqələrlə yanaşı, həm də dostluq əlaqələri qurub. Yəni, U. S. News & World Report” jurnalı dünyanın ən güclü ölkələrinin reytinqi tamamilə müstəqil ekspertlər tərəfindən aparılıb. Ölkəmiz cənab prezidentin apardığı siyasət nəticəsində günü-gündən qüdrətlənir. İnkişaf edir. Dünyanın nəhəng ekspertləri tərəfindən ölkəmizin bu inkişafı qiymətləndirilir”.

 

Qeyd: Amerikanın “U. S. News & World Report” jurnalı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısını açıqlayıb. Siyahı tərtib edilən zaman ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb. Siyahıda Azərbaycan 45-ci yerdə qərarlaşıb. Ölkəmiz cari ildə əldə etdiyi uğurlara görə, bir neçə Avropa ölkəsini – Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub.Hafta.az

Tarix: 18 Dekabr 2019, 17:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin