BURADA REKLAMINIZ OLA
BİLƏR

Ombudsman: “Miqrantların vəziyyəti araşdırılılır”

“Miqrantların vəziyyəti, ehtiyacları, problemləri və müraciətləri araşdırılaraq təhlil edilir”

 

Pravda.az xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva deyib.

 

S. Əliyeva bildirib ki, əldə olunan nəticələr üzrə qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə əhaliyə göstərilən xidmətlərin və məlumat bazasının keyfiyyət səviyyəsinin artırılması, dövlət siyasətinin ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlərə uyğunluğunun təmin olunması ilə əlaqədar innovativ yanaşmalar tətbiq edilməklə aidiyyəti dövlət qurumları ilə səmərəli əməkdaşlıq davam etdirilir: “Ölkə daxilində olan miqrantlarla yanaşı, respublikamızın sərhədlərindən kənarda məskunlaşmış Azərbaycan Respublikası vətəndaşlarının vəziyyəti daim diqqətdə saxlanılır, bu məqsədlə Dövlət Miqrasiya Xidməti, xarici dövlətlərin ombudsmanları, o cümlədən həmin ölkələrin Azərbaycandakı və ölkəmizin xarici dövlətlərdə diplomatik nümayəndəlikləri ilə yaradılmış əməkdaşlıq əlaqələrindən geniş istifadə olunur”.

 

Ombudsman qeyd edib ki, xarici ölkələrdə yaşayan və işləyən soydaşlarımızın üzləşdikləri problemlərin həlli, qanuni miqrasiyanın təbliği məqsədilə mütəmadi olaraq yerlərdə görüş və məsləhətləşmələr keçirilir, qeyri-müəyyən vəziyyətdə yaşayan şəxslərin statusları leqallaşdırılır, bu istiqamətdə müvafiq addımlar atılır.

Tarix: 18 Dekabr 2019, 19:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin