BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN yanğın-taktiki təlim keçirdi - FOTO

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Dövlət Yanğından Mühafizə Hissəsi Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsi ilə birgə paytaxtdakı “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelində yanğın-taktiki təlim keçirib.

 

FHN-dən Pravda.az-a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd oteldə baş vermiş şərti yanğının mənbəyinin müəyyən olunması, kəşfiyyatın aparılması, zərərçəkmişlərin xilas olunması, otel personalının, eləcə də qonaqların toplanış yerinə cəlb olunmaqla təxliyəsinin təşkili, yanğının operativ söndürülməsi və təxliyə qaydalarının şəxsi heyətə öyrədilməsindən ibarət olub.

 

Təlimin birinci mərhələsi otelin işçi heyəti üçün baş verə biləcək fövqəladə hal zamanı davranış qaydaları və atılacaq ilk zəruri addımlar barədə maarifləndirici xarakterli mühazirə-seminardan ibarət olub.

 

İkinci mərhələ isə FHN-in qüvvələrinin hadisə yerinə yönəldilməsi, insanların təxliyə olunması və yanğının söndürülməsinin təşkilindən ibarət olub.

 

Təlimə ümumilikdə FHN-in 3 ədəd xüsusi texnikası və 24 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub. Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.

Fotoları təqdim edirik
Tarix: 18 Dekabr 2019, 20:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin