BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan mobil operatorları il ərzində bu qədər gəlir əldə etdi

2019-cu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 1 milyard 964,2 milyon manatlıq xidmət göstərib.

 

Pravda.az xəbər verir ki, göstərilən xidmətin 72,8 faizi əhali tərəfindən istehlak olunub.

 

2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 15,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,4 faizi qeyri-dövlət sektorunun payına düşüb.

 

Xidmətlərdən əldə edilən gəlirin 41,5 faizi və ya 815,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

 

Tarix: 18 Dekabr 2019, 21:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin