Reklam

Könül Kərimova: “Siqaret, gec yatmaq, içkilər bu hala saldı"

Əməkdar artist Könül Kərimova oğlu Rəşadın xəstəliyindən danışıb, göz yaşlarını saxlaya bilməyib.

 

Pravda.az-ın xəbərinə görə, müğənni "Şou ATV" verilişində övladının əməmliyyatının ondan gizlədildiyini deyib:

 

"Elə bildim dünyanın axırıdır, qiyamətdir. Buna dözə bilməzdim. Övladlarımdan ötrü hər şeydən keçərəm. Bir burulğan idi, gəldi keçdi.

 

Verilişdə idim, çıxanda Cabbar Musyaev zəng vurdu ki, xəstəxanaya getməliyik. Getdim, hamı məndən gizlətdi. Oğlum əməliyyat olunubmuş. Heç nə olmamış kimi xəstəxanada ailəm məni qarşıladı. Xəstəxanada Rəşadı danlayırdım ki, bundan sonra mənə qulaq asarsan. Yenə də demirlər ki, əməliyyatdan çıxıb.

 

Evə gəldik, oturub çay içdik. Sonra açdılar ki, Rəşad əməliyyat olundu. Düzgün qidalanmamaq, siqaret, gec yatmaq, içkilər bu hala saldı".

Tarix: 18 Dekabr 2019, 22:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin