BURADA REKLAMINIZ OLA
BİLƏR

Flora Kərimovanın bu görüntüsü müzakirə yaratdı - FOTO

Xalq artisti Flora Kərimovanın son görüntüsü sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 

Pravda.az xəbər verir ki, 79 yaşlı müğənninin fotosunu Aşıq Mübariz Camalov instaqram səhifəsində paylaşıb.

 

Kərimova pariksiz, makiyajsız halda  şəkil çəkdirib. O, üzündəki dəyişiklik, eyni zamanda aldığı çəki ilə diqqət çəkib. İddia olunub ki, bu, sənətçinin səhhətində yaranmış problemlə bağlıdır. Belə ki, onun ötən ayın sonunda ürəyi ilə bağlı həkimə müraciət etməsi səhhətində ciddi problemlərin olduğuna dair söz-söhbətə səbəb olub. Əldə etdiyimiz məlumata görə, F. Kərimova adi müayinə üçün klinikaya baş çəkib, müğənninin sağlamlığı ilə bağlı heç bir narahatlığı yoxdur.Qafqazinfo

Fotoları təqdim edirik
Tarix: 7 Sentyabr 2020, 12:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin