BURADA REKLAMINIZ OLA
BİLƏR

Elmar Məmmədyarovun övladlarının Amerikada milyonluq mənzilləri - FOTO

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun övladlarının ABŞ-da mənzillər aldıqları məlum olub.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşirli Həsənli məlumat yayıb.

 

C.Həsənli bildirib ki, Xarici işlər naziri Elman Məmməyarovun 31 yaşlı oğlu Emin Məmməyarov 2015-ci ilin iyulunda Nyu Yorkun Manhetten səmtində, Linkoln meydanı yaxınlığında sahəsi 118,45 kvadrat metr (1275 kvadrat fut) olan mənzil alıb: "Bunun üçün o mənzilə 2 050 000.00 dollar ödəyib. Mənzil Nyu Yorkun Riverside Boulevard 120 ünvanındakı elitar binadadır və nazirin oğluna Fox Ledge LLC əmlak şirkəti tərəfindən satılıb. Mənzilin 2009-cu ildə dəyəri 1 792 000.00 dollar olub.

 

Elmar Məmmədyarovun digər oğlu Riyad Məmmədyarov da Nyu Yorkda, 189 W 89th St #12D ünvanındakı göydələnlərin birində yaşayır. Nazirin xanımı Kamilə Məmmədyarova da ilin əsas hissəsini ABŞ-da oğlanlarının yanında keçirir və Riyad Məmmədyarovun yaşadığı mənzildə müvəqqəti qeydiyyatdadır".

Fotoları təqdim edirik
Tarix: 18 Dekabr 2019, 23:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin