BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakının yollarında sürət həddi endirildi – Sürücülərin nəzərinə

Hazırda müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Pravda.az-a verilən məlumata görə, məqsəd hərəkətin təhlükəziliyini təmin etməkdir.

 

"Hərəkət iştirakçılarından bu cür hava şəraitində ehtiyyatlı olmalarını xahiş edirik. Sürücülər mütləq şəkildə ara məsafəsini gözləməlidirlər" – məlumatda qeyd olunub.

Tarix: 19 Dekabr 2019, 09:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin