BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi tanınır və qəbul olunur”

“Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, bütün ölkələrlə normal, bərabərhüquqlu münasibətlərin qurulmasına maraqlıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.

 

Deputat qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi tanınır və qəbul olunur.

 

D.Cəbrayılova vurğulayıb ki, Azərbaycanla Ukrayna arasında münasibətlər strateji tərəfdaşlıq xarakter daşıyır: “Hər iki dövlət beynəlxalq təşkilatlarda da bir birilərini fəal surətdə dəstəkləyirlər, eləcə də beynəlxalq platformalarda birgə iştirak edirlər. Bu gün Ukrayna - Azərbaycan münasibətləri yüksək səviyyədədir, rəsmi Kiyev bu münasibətlərin qorunub saxlanmasında, inkişaf etdirilməsində maraqlıdır. Eyni zamanda, xalqlarımız arasında münasibətlərin dərin tarixi kökləri var. Hazırda da iqtisadi, siyasi və mədəni əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Səfər zamanı aparılan müzakirələr, verilən bəyanatlar və imzalanan sənədlər iki ölkə arasında əlaqələrin daha da güclənəcəyini təsdiqləyir”.

Tarix: 19 Dekabr 2019, 09:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin