BURADA REKLAMINIZ OLA
BİLƏR

Xalq şairi AYB-nin 85 illiyinə şeir həsr etdi – “Əziz anam Birliyim”

Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq şairi Fikrət Qoca AYB-nin 85 illiyinə şeir həsr edib.

 

Pravda.az şeiri təqdim edir:

 

Yazıçılar Birliyim,

 

Doğma odum-ocağım.

 

Əliylə döyüldüyüm,

 

Sürdülər, sürgündə oldum.

 

Qələm olub sındığım,

 

Yenə, yenə, yenə də

 

Qoynuna sığındığım,

 

Doğma ana qucağım...

 

Hamımız övladınıq.

 

Bir qığılcım - odunuq

 

Sənin sözün - adınıq.

 

Qəhrəmanıq, Şəhidik,

 

Döyüşçünük, Qazinik!

 

Sözünük, Avazınıq.

 

Biz Çətinik, Asanıq,

 

Hərə bir cür - İnsanıq.

 

Neyləyəsən Bostanıq...

 

Hərəmiz bir misrayıq,

 

Birlikdə bir dastanıq.

 

Əziz anam Birliyim,

 

Kim nə deyirsə desin;

 

Sən öz dirliyini ək!

 

Yüzilliklər görəsən!

 

Səksən beşin mübarək!

Fotoları təqdim edirik
Tarix: 19 Dekabr 2019, 09:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin