Reklam

Azərbaycanda polkovnik vəfat etdi

Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Valeh Rəcəbov vəfat edib.

 

Pravda.az-ın xəbərinə görə, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

 

Mərhumun cənazəsi bu gün saat 12-də Bakıxanov qəsəbəsində (Sabunçu Rayon İcra Hakimiyyətinin binasının arxasındakı həyətdən) götürüləcək və Qurd Qapısı qəbirstanlığında torpağa tapşırılacaq.

 

Qeyd edək ki, V.Rəcəbov Azərbaycan Ordusu sıralarında müxtəlif vəzifələrdə xidmət keçib. Müdafiə Nazirliyinin Bərdə Hərbi Birləşməsinin şəxsi heyət üzrə komandir müavini işləyib. Sonuncu iş yeri Müdafiə Nazirliyinin idarələrindən biri olub.Report

Tarix: 19 Dekabr 2019, 09:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin