BURADA REKLAMINIZ OLA
BİLƏR

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”

“Düşünmürəm ki, Azərbaycanda kimsə 3-5 və ya 7 rayon qaytarılıb və bununla kifayətlənilməsi ilə razı olsunlar. İşğal olan bütün torpaqlarımız qeyd-şərtsiz azad edilməlidir. O da məlumdur ki, ermənilər könüllü olaraq 1 mm torpaqlarımızı da azad edən deyillər. Buna görə də Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Politoloq Əhəd Məmmədli deyib.

 

Ə.Məmmədli qeyd edib ki, Qarabağda antiterror əməliyyatını Azərbaycanda böyük əksəriyyət istəyir, tələb edir: “O ki qaldı yeni erməni iqtidarının millətçiliyinə, fərq etməz bədnam düşmənlərimiz həmişə millətçi olublar. Sadəcə, Köçəryan - Sərkisyan ikiliyi Qarabağın işğalında fəal iştirak, rəhbərlik etdikləri üçün onlar daha erməni xalqına nəsə sübut etməyə ehtiyac duymurlar. Onlar özlərini Qarabağ müharibəsinin qəhrəmanları hiss edirlər. Paşinyan və onun komandasınınsa, görünür, nələrisə xalqına sübut etməyə ehtiyacı var. Görünür, ona görə də millətçilik ritorikasını çoxaldıblar. Həm də unutmayaq ki, Paşinyan iqtidarını, hakimiyyətdən devrilmiş Köçəryan-Sərkisyan klanı Qarabağı verəcəyində ittiham edir. Bu şübhələri də aradan qaldırmaq üçün Paşinyan, Tonayan Qarabağ, millətçilik ritorikasını yüksək hədd üzərində Azərbaycanın üstünə gedirlər. Anlaşılan odur ki, Azərbaycana torpaqlarını azad etmək üçün müharibədən başqa çıxış yolu qalmır”.Musavat.com

Tarix: 19 Dekabr 2019, 09:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin