BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhəd hava limanında uçuşlar təxirə salındı - DİQQƏT

İranın Məşhəd “Şəhid Haşimi Nejad” beynəlxalq hava limanında uçuşlar təxirə salınıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə hava limanının mətbuat xidmətinin rəhbəri Həsən Cəfəri bildirib.

 

Onun sözlərinə görə, uçuşların təxirə salınmasına dumanlı hava şəraiti səbəb olub.

 

Qeyd edək ki, Məşhədin “Şəhid Haşimi Nejad” beynəlxalq hava limanında gün ərzində 180 uçuş həyata keçirilir və hava limanı 40 mindən çox sərnişini qəbul edir.

 

Xatırladaq ki, Bakı-Məşhəd birbaşa aviareysi həftədə iki dəfə olmaqla – bazar ertəsi və cümə axşamları həyata keçirilir.APA

Tarix: 19 Dekabr 2019, 10:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin