BURADA REKLAMINIZ OLA
BİLƏR

NK-nın “Aqrar sığorta predmetinin Tərkibi”nin təsdiq edilməsi haqqında qərarının İZAHI

Nazirlər Kabinetində (NK) Aqrar sığortanın təsir dairəsinə düşən məhsullarla bağlı Qərar imzalanıb. Beləki, 2019-cu ilin iyununda aqrar sığorta ilə bağlı qanun qəbul edilib. 2019-cu ilin avqustunda isə Prezident İlham Əliyevin Fərmanı ilə Aqrar Sığorta Fondu yaradılıb. 2020-ci il üçün Aqrar Sığorta Fonduna dövlət büdcəsindən 5 milyon manat ayrılıb. Beynəlxlaq təcrübə də nəzərə alınaraq ölkəmizdə əvvəllər olmamış bu prosesin mərhələli həyata keçirilməsi məqsədəuyğun hesab olunur.

 

Bu barədə Pravda.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

 

Nazirlikdən məlumatda qeyd olunub ki, ilk dəfə tətbiq olunduğu üçün ölkənin aqrar sığorta sahədə tariflərin hesablanması üzrə metodologiya, sığorta riskləri və zərərlərinin qiymətləndirilməsi təcrübəsi yetərli səviyyədə olmadığı üçün bu işi mərhələli həyata keçirmək qərara alınıb.

 

Bəs ilkin mərhələdə hansı kənd təsərrüfatı məhsulları sığorta olunacaq? NK-nın qərarı bu suala cavab verir.

 

Bitkiçilik sahəsində:

 

ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ölkədə bitki yağları sənayesinin xammal təminatının idxal mənbələrindən asılılığının azaldılması, şəkər çuğunduru sahəsinin inkişafının dəstəklənməsi məqsədilə

 

- buğda;

 

- arpa;

 

- qarğıdalı;

 

- kartof;

 

- şəkər çuğunduru.

 

İdxalın əvəzedilməsi və ixrac potensialnın gücləndirilməsi məqsədilə

 

- portağal;

 

- limon;

 

- naringi;

 

- çay;

 

- tütün;

 

- çəltik;

 

- üzüm;

 

- fındıq;

 

- pambıq.

 

Heyvandarlıq sahəsində

 

Məhsuldarlıq və istehsal göstəricilərinin yüksəldilməsi məqsədilə -

 

- 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar

 

Suda yetişdirilən məhsullar üzrə

 

Akvakulturanın inkişafını stimullaşdırmaq, balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq məqsədilə ilkin mərhələdə

 

- Balıqların

 

sığortası təmin ediləcək.

 

Bu məhsulların sığortasında Aqrar Sığorta Fondu da iştirak edəcək və risqin 50%-ni öz üzərinə götürəcək. Yuxarıda sadalanan məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması

 

- İnvestisiya risqlərini azaldacaq;

 

- Fermerlərin himayəsini gücləndirəcək;

 

- İstehsalı genişləndirmək üçün şəraiti təmin edəcək;

 

- Məşğulluğa müsbət təsir edəcək;

 

- Sadalanan məhsulların istehsalında artıma səbəb olacaq;

 

- Bazarda qiymətlərin sabitləşməsinə təsir edəcək;

 

- Ərzaq təhlükəsizliyinə töhfə verəcək

 

- Sığorta bazarını gücləndirəcək

Tarix: 19 Dekabr 2019, 10:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin