BURADA REKLAMINIZ OLA
BİLƏR

Araz Əlizadə əməliyyat olundu, böyrəklərindən daş çıxarılıb

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə üzərində cərrahiyyə əməliyyatı aparılıb.

 

Pravda.az-ın xəbərinə görə, o, yerləşdirildiyi özəl klinikada əməliyyata götürülüb.

 

Əməliyyat zamanı deputatın böyrəklərindən daş çıxarılıb.

 

"Hazırda onun səhhəti yaxşıdır, yavaş-yavaş düzəlir. Ciddi problem yoxdur. Əməliyyat uğurlu keçdi" - klinikadan "Report"a bildirilib.

Tarix: 19 Dekabr 2019, 11:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin