BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda icra başçısı həbs edildi - SENSASİYA - YENİLƏNDİ

Həbs edilən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarovdur.

 

12:11

 

Azərbaycanda sensasion hadisə baş verib.

 

Pravda.az-ın xəbərinə görə, hüquq-mühafizə orqanları əməkdaşları rayon İcra Hakimiyyəti başçılarından birini iş başında həbs ediblər. Məlumatda bildirilir ki, icra başçısıyla yanaşı onun müavini də saxlanılıb. Hazırda onların mənzillərində axtarışlar aparılır.

 

İcra başçısının və onun müavininin kimliyi bizə məlum olsa da, hələlik adlarını yazmırıq. Bircə onu qeyd edək ki, həmin icra başçısı rəhbərlik etdiyi rayona 5-6 ay əvvəl təyin olunub.Bakupost

Tarix: 19 Dekabr 2019, 12:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin