BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda seysmik stansiyaların sayı artırılır

Respublika ərazisində aparılan seysmoloji tədqiqatların keyfiyyətinin daha da yüksəldilməsi məqsədi ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən daha 22 seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur.

 

Mərkəzdən Pravda.az-a verilən məlumata görə, “Qafqazda Seysmik Şəbəkənin Genişləndirilməsi” layihəsi çərçivəsində quraşdırılacaq stansiyalardan  14-ü  Xəzər dənizinin Azərbaycan sektoru boyunca sahilyanı quru ərazilərdə, 6-sı isə palçıq vulkanları ətrafında quraşdırılacaq.

 

Hazırda respublika ərazisində RSXM-nin 35 daimi seysmik stansiyası var.  Bundan başqa “Qafqaz kəsilişi” layihəsi üzrə 17, eləcə də qruntun titrəyişini qeydə alan 10 stasionar Basalt seysmik stansiyalar işləyir. Yeni stansiyaların quraşdırılmasından sonra respublika ərazisində ümumilikdə 84 seysmik stansiya fəaliyyət göstərəcək.

 

Qeyd edək ki, RSXM - də aparılan tədqiqatlar zamanı məlumat mübadiləsi əsasında sərhəd bölgəsində yerləşən Gürcüstanın Seysmoloji Xidmət Mərkəzinin 3, Türkiyənin isə 2 seysmik stansiyasının məlumatlarından da istifadə edilir.

 

 

Tarix: 19 Dekabr 2019, 12:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin