BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda sabiq deputatın klinikasına hücum olub?

“Bu gün "jurnalist"in hücumuna məruz qaldıq, adam gəlib işçilərdən əmək müqaviləsi soruşur, çəkiliş aparıb guya məni "keçmiş millət vəkili" hörmətsiz davranır, qanunlara hörmət qoymur deyərək, nüfuzdan salmağa çalışdı....həm də məni guya videoya çəkir, onun da videosunu mən çəkdim...”

 

Pravda.az-ın xəbərinə görə, bu barədə sabiq deputat, “Loğmed” klinikasının rəhbəri Nazim Bəydəmirli məlumat verib.

 

“Mənim ondan tələbim mülkiyyətimi tərk etmək və qanunsuz, təxribat çəkilişinə son qoymaq oldu. Təxribata çəkmək istədi, getmədik. Videomuz yayılsa təəccüblənməyin...” – N.Bəydəmirli qeyd edib.

Tarix: 10 Sentyabr 2020, 11:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin