BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı Apelyasiya Məhkəməsində dəmir qəfəslər ləğv edildi

Bakı Apelyasiya Məhkəməsinin iclas zallarında mövcud olan sonuncu dəmir qəfəs sökülüb.

 

Pravda.az-ın xəbərinə görə, bunu vəkil Cavad Cavadov bildirib.

 

O qeyd edib ki, bütün dəmir qəfəslərin yerinə şüşə kabinlər quraşdırılır.

 

C.Cavadov deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarında təqsirləndirilən şəxslərin dəmir qəfəslərdə saxlanılmasını Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə (insan ləyaqətini alçaldan rəftar) zidd hesab edib.

Tarix: 10 Sentyabr 2020, 17:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin