BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəmaləddin Heydərov vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 20 dekabr 2019-cu il tarixində Qusar şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11:00-dan Qusar rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək.

 

Pravda.az-ın xəbərinə görə, qəbula gələn vətəndaşların qeydiyyatı Qusar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 19 dekabr 2019-cu il tarixində saat 09:00-da başlayacaq.

 

Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin birinci müavini Rəfail Mirzəyev tərəfindən 20 dekabr 2019-cu il tarixində Quba şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 11:00-dan Quba rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzinin binasında 20 dekabr 2019-cu il tarixində saat 09:00-da başlayacaq.

 

Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev tərəfindən 20 dekabr 2019-cu il tarixində Xaçmaz şəhərində, nazirliyin Şimal Regional Mərkəzinin inzibati binasında saat 11:00-dan Xaçmaz rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı Şimal Regional Mərkəzinin inzibati binasında 20 dekabr 2019-cu il tarixində saat 09:00-da başlayacaq.

 

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

 

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Tarix: 19 Dekabr 2019, 14:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin