BURADA REKLAMINIZ OLA
BİLƏR

Mikayıl Cabbarov: “Genişzolaqlı internet xidmətlərinin əhatə dairəsi genişləndiriləcək”

“Gələn il qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində 2020-ci ildə qeyri-neft sahəsində 8,8 faiz artım proqnozlaşdırılır. Növbəti ildə qeyd olunan proqnozların reallaşdırılması üçün biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və digər addımların davam etdirilməsi önəmlidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsinə həsr edilən plenar iclasında deyib.

 

Nazir bildirib ki, görülən işlən nəticəsində qeyri-neft sahəsində ildən-ilə artım qeydə alınır: “Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir. Ümumi Daxili Məhsulun gələn il 3%, növbəti illərdə isə 3,3% artacağı proqnozlaşdırılır. Gələn il üçün inflyasiyanın 4,6%, sonrakı il üçün isə 4% ətrafında olacağı proqnozlaşdırılır. Növbəti ildə neft-qaz sektorunda 1,6%, sonrakı 3 ildə isə 3% artımı proqnozlaşdırılır. Bu ilin 9 ayında qeyri-neft senayesində əlavə dəyər 16,6% artıb. Növbəti ildə aqrar sektorda 4,8%, sonrakı 3 ildə orta hesanbla 4,3% artım gözlənilir. Cari ilin 9 ayında Azərbaycana səfər edən xarici vətəndaşların sayı 9,5% artaraq 2,4 milyon nəfəri ötüb. Növbəti illərdə yeni turizm zonalarının yaradılması, viza rejiminin sadələşdirilməsi, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, hava əlaqələrinin yaxşılaşdırılması, özəl investisiyaların cəlb edilməsi bu sahənin inkişafına təkan verıəcək. Gələn turizm sektorunda 6%, növbəti 3 ildə isə orta hesabla 5,6% artması gözlənilir. Qarşıdakı illərdə genişzolaqlı internet xidmətlərinin əhatə dairəsi genişləndiriləcək”.

Tarix: 12 Noyabr 2019, 13:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin