BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı Şəhər İcra Hakimiyyəti avtomobilləri də dezinfeksiya etdi – VİDEO

Bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşının iştirakı ilə xüsusi kimyəvi maddələrlə növbəti – on ikinci dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.

 

Pravda.az-ın xəbərinə görə, axşam saatlarınadək həm paytaxtın mərkəzi, həm də qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV vasitəsi ilə xəbərdar ediliblər.

 

Dezinfeksiya işləri zamanı texnika hərəkətdə olan avtomobilləri də dezinfeksiya edib.

BŞİH avtomobilləri də dezinfeksiya etdi from Pravda on Vimeo.

Tarix: 12 Sentyabr 2020, 13:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin