BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazir: “Sosial yardımın özünəməşğulluqla əvəzlənməsi sürətləndirilməlidir”

“Ötən 10 ayda qeydə alınan əmək müqavilələrinin sayında 17 faiz artım olub. Hesab edirik ki, ölkədə ünvanlı dövlət sosial yardımın özünəməşğulluqla əvəzlənməsi sürətləndirilməlidir”.

Pravda.az-ın xəbərinə görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsinə həsr edilən plenar iclasında deyib.

M.Cabbarov qeyd edib ki, Azərbaycanda insanların tarixən fərdi sahibkarlığa və ticarətə meyli var : “Biz bu amili tam gücü ilə hərəkətə gəirməliyik. Bu sahədə qeyri-şəffaf amillər aradan qaldırılmalıdır. Biznesin dövlət tənzimlənməsi yükü daha da azaldılmalıdır. Mülkiyyət hüququnun daha etibarlı qorunması təmin edilməlidir. Bu olmadan rəqəmsal iqtisadiyata inteqrasyia çətin olacaq. Yüksək neft gəlirləri dövründə dövlətin rolu post-neft dövründə dəyişir. Dövlət əmlakının səmərəli idarə edilməsi qarşıda duran vəzifələrdən biridir. Dövlət şirkətləri aydın və dəqiq strategiyaya malik olmalı, dövlət şirkətlərinin dövlət büdcəsi üçün ağır yükə çevrilmələrinin qarısı alınmalıdır. Yeni, müvafiq standartlar bu sahəyə gətirilməlidr. Dünya rəqəmsal iqtisadiyyata doğru irəlləyir, bu sahədə insan kapilatının rolu artacaq. Ali peşə və biznesin sıx inteqrasiyası baş verməlidir. Təhsil əmək bazaırna tam uyğunlaşması təmin edilməlidir. İnsanın kapitalının formalaşmasına yönələn tədbirlərin əhatə dairəsi genişlənəcək”.

Tarix: 12 Noyabr 2019, 13:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin