BURADA REKLAMINIZ OLA
BİLƏR

Tofiq Yaqublu reanimasiya şöbəsinə yerləşdirildi - YENİLƏNDİ

Müsavat Partiyasının və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu “Baku City Hospital”ın reanimasiya şöbəsinə yerləşdirilib.

 

 

***

20:58

 

Müsavat Partiyasının və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu “Baku City Hospital”a yerləşdirilir.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə jurnalist Əvəz Zeynallı məlumat verib.

 

Qeyd: T.Yaqublu artıq 11 gündür aclıq etdiyini açıqlayıb.

 

Xatırlatma: Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir. Hökmdən apelyasiya şikayəti verilib. O, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. 

Tarix: 12 Sentyabr 2020, 22:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin