BURADA REKLAMINIZ OLA
BİLƏR

"1 il futbolsuz qalmağa hazıram, ancaq Azərbaycana qayıtmayacam"

"Səbail" klubu düşərgədən ayrılaraq ölkəsinə yollanan Henrik Ekşteyinə xəbərdarlıq edib.

 

Paytaxt təmsilçisi Cənubi Afrika Respublikasından olan legionerdən yaxın günlərdə Azərbaycana qayıtmasını istəyib.

 

Çünki onun gələn ilin yayınadək müqaviləsi var və klub maliyyə öhdəliklərini yerinə yetirməyə hazırdır. Ancaq Ekşteyin tələblə razılaşmayıb.

 

Afrikalı futbolçu "Lazım gəlsə, 1 il futbolsuz qalmağa razıyam, amma Azərbaycana qayıtmayacam. Siz məni məcburi surətdə klubda saxlaya bilməzsiniz"deyib.sportinfo

Tarix: 13 Sentyabr 2020, 17:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin