BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərəb ölkələrinin səfirləri Bakı Avrasiya Universitetində

Bakı Avrasiya Universitetində rəsmi açılışı olan Kral Abdullah bin Əbdüləziz adına Ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəz “Ərəb dili” günü münasibətilə ərəb ölkələrinin səfirlərini, eləcə də diplomatik nümayəndə heyətlərini bir araya yığıb.

 

Pravda.az-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Nazim Hüseynli diplomatik nümayəndə heyətini növbəti dəfə Bakı Avrasiya Universitetində görməkdən məmnunluğunu ifadə edib. Rektor, o cümlədən Bakı Avrasiya Universitetində fəaliyyət göstərən Ərəbşünaslıq Mərkəzinin 1 illik fəaliyyətinə nəzər salaraq, mərkəzin ölkələrimiz arasındakı elm, təhsil, mədəni əlaqələrinə böyük töhfə verəcəyinə əminliyini vurğulayıb.

 

Daha sonra tədbirdə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Həməd bin Abdullah bin Xudeyr çıxış edib. Səfir mərkəzin ərəb dilinin tədris və tədqiqatı sahəsində uğurlu fəaliyyət göstərdiyi haqqında məlumatlı olduğunu qeyd edib.

 

Tədbirə qatılan Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim, İraqın ölkəmizdəki səfiri Fadil Al-Şuveyli, İordaniya Haşimilər Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sami Asem Abdullah Ğoşe, Sudanın ölkəmizdəki səfirinin birinci müavini, Əlcəzairin müvəqqəti işlər vəkili Ridha Nebais, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Abdalla əl-Şəmsi, Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfiri Adel İbrahim Ahmed və digər ölkələrin diplomatik nümayəndə heyəti əvvəlcə Bakı Avrasiya Universitetinin tələbələri tərəfindən hazırlanan möhtəşəm  konsert proqramında iştirak ediblər. Daha sonra isə ərəb ölkələrinin mərkəzdə təşkil olunan milli mətbəxləri və milli adət ənənələri nümayiş etdirilib.

 

Tədbirdə Litvanın Azərbaycandakı səfiri Egidiyus Naviskas da qonaq qismində iştirak edib.

Fotoları təqdim edirik
Tarix: 19 Dekabr 2019, 18:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin