BURADA REKLAMINIZ OLA
BİLƏR

Hərbi komissarlığın döşəməsi çökdü - xəsarət alanlar var

Ermənistanın paytaxtı İrəvanda hərbi komissarlığın yerləşdiyi binanın döşəməsi çöküb.

 

Pravda.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, hadisə binanın birinci mərtəbəsində qeydə alınıb, nəticədə 11 nəfər xəsarət alıb.

 

Döşəmənin çökməsinə binanın köhnə olması səbəb kimi göstərilib.

Tarix: 19 Dekabr 2019, 19:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin