BURADA REKLAMINIZ OLA
BİLƏR

Gələn ildən uşaq verilişlərində məhdudiyyət qoyulacaq

Gələn il yanvarın 1-dən uşaqlar üçün kino və video xidmətlərinin göstərilməsi zamanı, uşaq teleradio proqramlarında və verilişlərində, uşaqlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olacaq.


 
Pravda.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə sərəncam imzaladığı “Reklam haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

 
Uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında (telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları və sellülar (mobil) rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə yol verilməyəcək.




Tarix: 19 Dekabr 2019, 20:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin