BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı metrosunda qatarda nasazlıq yarandı

Bu gün səhər saat 7 radələrində metronun "İçərişəhər" stansiyasında qatarların birinin hərəkətində texniki nasazlıq yaranıb.

 

Pravda.az-ın xəbərinə görə, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

O qeyd edib ki, qatar sərnişinsiz olmaqla Depoya göndərilib:

 

“Həmin qatarın əvəzin digər qatar xəttə çıxsa da, "İçərişəhər" istiqamətində 8 dəqiqəlik yubanma yaranıb. Yubanma interval olaraq 2 qatar arasında olub. Nəticədə metropolitendə sərnişin sıxlığı yaranıb. Hazırda dispetçerlər tərəfindən intervalın normaya salınması, ümumi qrafikin bərpası istiqamətində işlər görür. Qısa müddətdə problem aradan qaldırılacaq.”

Tarix: 20 Dekabr 2019, 09:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin