BURADA REKLAMINIZ OLA
BİLƏR

Zaur Camalxanovla bağlı qərar verildi

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olmuş polkovnik-leytenant Zaur Camalxanov barəsində istintaqın təqdimatına baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, Z. Camalxanov bu ilin may ayında Baş Prokurorluq tərəfindən saxlanılıb. O, külli miqdarda pulu mənimsəməkdə ittiham olunur.

 

May ayında barəsində 4 aylıq həbs qərarı çıxarılan Camalxanovun həbsdə qalma müddəti bitdiyi üçün istintaq bu müddətin uzadılması barədə məhkəməyə təqdimat verib.

 

Hakim Rafiq Abbasovun qərarı ilə Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatı təmin edilib, Zaur Camalxanovun daha 4 ay həbsdə qalmasına qərar verilib.Qafqazinfo

Tarix: 19 Sentyabr 2020, 09:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin