BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədrinin müavini yolda hərbi salam verdiyinə görə məşhurlaşan uşaqla görüşdü - FOTO

Ana Vətən Partiyasının (AVP) sədr müavini Arzuman Abdülkərimov Qazaxda yol kənarında hərbi avtomobillərə hərbi salam verdiyinə görə məşhurlaşan ikinci sinif şagirdi Elton Hacıyevin ailəsinin qobağı olub.

 

Bu barədə Pravda.az-a A.Abdülkərimov məlumat verib.

 

Partiya sədrinin müavini bildirib ki, şagirdin hərbi salam verdiyi zaman çəkilən fotosu sosial şəbəkələrdə diqqətini cəlb edib: “İstədim, qəhrəmanımızı siz də tanıyasınız. Elton Hacıyev Qazax rayonunun Daş Salahlı kəndində yaşayır, ikinci sinif şagirdidir. Sadə ailənin övladıdır. Elton gələcəkdə sərhədçi olmaq istəyir. Belə övladları olan dövlət məğlub edilməz. Tanrı Azərbaycanımızı qorusun!”.

 

A.Abdulkərimov E.Hacıyevə hədiyyə də təqdim edib.

Fotoları təqdim edirik
Tarix: 19 Sentyabr 2020, 14:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin