BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Azərbaycanda yeni dönəm başlayıb, neqativ hallara qarşı sərt tədbirlər görülür”

“Prezident İlham Əliyev ciddi kadr və struktur islahatlarına başlayıb. Hər kəs buna uyğunlaşmalıdır. Son illər aparılan siyasətin əsasında korrupsiyanın aradan qaldırılması, vətəndaş xidmət dayanır. Məmurlar vətəndaşlara xidmət etməlidirlər, onları narahat edən problemlərlə maraqlanmalıdırlar. Fakitiki yeni dövr başlayıb. İslahatlar davam edəcək”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

 

V.Əhmədovun sözlərinə görə, ölkənin birinci şəxsi elan edirsə ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə aparılmalıdır, şəffaflıq, ictimai nəzarət olmalıdır, hər kəs bunu başa düşməlidir: “Aydın olmayan nə var ki?! Elə başa düşülməsin ki, bu, yalnız icra başçılarına aiddir. Bütün məmurlar diqqətli olmalıdır. Azərbaycan müstəqil olduqdan sonra hansısa icra başçısı həbs edilməyib, belə bir halın olduğunu xatırlamıram. Sovet dövründə belə hadisələr çox olurdu, qanun pozuntusuna yol verən vəzifəli şəxslər həbs edilirdi. Qeyd etdiyim kimi, ölkədə yeni dönəm başlayıb, neqativ hallara qarşı sərt tədbirlər görülür”.

 

Xatırlatma: Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ağstafada əməliyyat keçirib, əməliyyat nəticəsində rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev, onun müavini Ramiz Tatarov saxlanılıb. Prezident İlham Əliyevin sərəncamı ilə N.Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. DTX Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovu da saxlayıb.

Tarix: 20 Dekabr 2019, 12:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin