BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda icra başçısı 100 yaşlı sakinin ad günündə - FOTOLAR

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 19 dekabrda 100 yaşı tamam olan rayon sakini Bağırova Sonaxanım Məmmədbağır qızını yaşadığı evdə ziyarət edib.

 

Pravda.az-ın xəbərinə görə, Sonaxanım nənə ilə görüşdə icra başçısı bildirib ki, cəmiyyətin inkişafında danılmaz xidmətləri olan veteranlara, ahıllara həmişə yüksək qiymət verilib: “2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Qanun qəbul edilib. Prezident İlham Əliyevin 2006-cı il aprelin 17-də təsdiq etdiyi “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” ulu öndərin siyasətinin uğurla davam etdirilməsinin daha bir təzahürü oldu. Birinci vitse-prezident Mehriban Əliyevanın ahıl insanlarla bağlı gerçəkləşdirdiyi ardıcıl tədbirlər cəmiyyətdə böyük razılıqla qarşılanır”.

 

1919-cu ildə doğulan Sonaxanım nənə icra başçısı Elşad Həsənovla söhbət edərkən bildirib ki, “Sovetski” adlanan bu ərazidə, Süleyman Rəhimov küçəsi 7 nömrəli evdə dünyaya göz açıb, hazırda yaşadığı Şamil Əzizbəyov küçəsi dalan 9, 7 nömrəli evə gəlin köçüb və 84 ildir ki, burada yaşayır. Ömrünü zəhmətkeş əməkçi kimi keçirən nənə bildirib ki, sağlam və çox yaşamaq insanın özündən, onun yaşam tərzindən asılıdır: “Düzdür, ömrü verən Allahdır, amma gərək sən də özünü gözləyəsən. Ailədə söz-söhbət də olar, amma gərək bir-birinizi eşidəsiniz, başa düşəsiniz”. 4 oğul, 3 qız övladı, 22 nəvə, 44 nəticə, 1 kötükcəsi olan Sonaxanım nənə “Qəhrəman Ana” ordeninə layiq görülüb. 1956-cı ildə ömür-gün yoldaşını itirdikdən sonra, övladlarına həm ata, həm də ana olub. Nənənin gənclərə tövsiyəsi də var: “uzunömürlülüyün əsas sirri düzgün qidalanma və insanın daim hərəkətdə olmasındadır”.

 

Yasamal rayonunun 100 yaşlı ahıl sakini Sonaxanım Bağırovaya Yasamal rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.

Fotoları təqdim edirik
Tarix: 20 Dekabr 2019, 12:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin