BURADA REKLAMINIZ OLA
BİLƏR

Həbs edilən icra başçısının müavini: “İş başındayam”

Ağstafa rayon İcra başçının müavini, eyni zamanda İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova DTX-nin ötən gün keçirdiyi əməliyyatda həbs olunduğu haqda xəbərləri təkzib edib.

 

Pravda.az-ın xəbərinə görə, o deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

 

“Mənim baş verən prosseslərlə heç bir bağlılığım yoxdur. Nə istintaqa çağırılmışam, nə də ki, həbs olunmuşam. Mən işimin başındayam. Hazırda başçının müavini vəzifəsini icra edirəm”.

 

Xəbərlərə görə Lalə Eyyubova baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı nəvəsidir.

 

DTX ötən gün Ağstafada əməliyyat keçirərək icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevi və onun müvini Ramiz Tatarovu həbs edib. Onlar büdcə pullarını mənimsəməkdə, sahibkarlardan və kənd icra nümayəndələrindən rüşvət toplamaqda, digər qanunsuz əməllər törətməkdə ittiham olunurlar.Unikal.org

Tarix: 20 Dekabr 2019, 13:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin