BURADA REKLAMINIZ OLA
BİLƏR

AMEA-dan yaşı 65-i ötmüşlərlə bağlı açıqlama: Onlayn əlaqə saxlayırlar

“COVID-19-un şiddətli dövründə  Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 16 nəfərdə virus aşkarlanıb. Onların hamısı sağalıb. Hazırda AMEA-da koronavirus xəstəsi kimi qeydə alınan əməkdaşımız yoxdur”.

 

Bu fikirləri AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli  bildirib.

 

Vitse-prezident yaşı 65-dən yuxarı işçilərin fəaliyyətinə də toxunub: “Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına əməl etmək borcumuzdur. Yaşı 65-dən yuxarı olan əməkdaşlarımız tədqiqat işlərini evdə davam etdirir və  akademiya ilə onlayn əlaqə saxlayırlar”.

 

İsa Həbibbəyli özünün işə çıxmasına da aydınlıq gətirib: “Vəzifə  təyindatında olan AMEA-nın rəhbər heyəti pandemiya dövrünün şərtlərinə  əməl etməklə işə çıxır. Məsafə gözləməklə, tibbi maska taxmaqla qaydalara əməl edir və işimizi davam etdiririk”.Modern.az

Tarix: 22 Sentyabr 2020, 12:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin