BURADA REKLAMINIZ OLA
BİLƏR

“Optimal Elektronika” cərimələndi – QƏRAR

Yasamal Rayon Məhkəməsi “Optimal Elektronika” MMC-nin 1022 ABŞ dolları cərimə edilməsi barədə qərar çıxarıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatası şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə ptotokol yazıb.

 

Bu protokola əsasən, Yasamal Rayon Məhkəməsinin çıxardığı 9 oktyabr 2019-cu il tarixli qərardan “Optimal Elektronika” apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədovun icraatındadır.

Tarix: 20 Dekabr 2019, 14:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin