BURADA REKLAMINIZ OLA
BİLƏR

Roza Zərgərli FOTOSESSİYA

Müğənni Roza Zərgərli yeni mövsümə fərqli fotosessiya ilə başlayıb.

 

Pravda.az xəbər verir ki, sənətçi dörd müxtəlif obrazda obyektiv qarşısına keçib.

 

Müğənni bildirib ki, karantin günlərində yeni iş təqdim etməsə də, yaradıcılığı üçün bir çox layihələr planlaşdırıb: "Bu, sadəcə mövsümün başlanğıcıdır. Bundan sonra fotosessiyalar da, maraqlı layihələr də çox olacaq. Karantində sakit oturmadım, bütün günü yeniliklər düşünürdüm. Yeni fotosessiyam səssizliyimi pozmağım olsun. Qarşıda mahnılar və kliplər var".

 

Zərgərlinin fərqli şəkillərinin müəllifi fotoqraf Elmir Mikayılovdur.

Fotoları təqdim edirik
Tarix: 22 Sentyabr 2020, 13:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin