BURADA REKLAMINIZ OLA
BİLƏR

Əmək müqaviləsi ilə bağlı tələblər sərtləşdirildi

Ailə kəndli təsərrüfatlarında əmək müqaviləsi artıq şifahi formada bağlana bilməyəcək.

 

Pravda.az-ın məlumatına görə, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Məcəlləsinə təklif olunan dəyişikliyində əksini tapıb.

 

Hazırkı Məcəlləyə görə, ailə kəndli təsərrüfatlarında və ailə müəssisələrində əmək müqaviləsi şifahi formada da bağlanıla bilər. Bu halda əmək münasibəti tərəflərdən birinin tələbi ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinin rəsmiləşdirilməsi ailə kəndli təsərrüfatı başçısının və ya ailə müəssisəsinin rəhbərinin (işəgötürənin) əmri, sərəncamı verilməklə və ya müvafiq qaydada tərtib edilmiş ailə kitabında (jurnalında) qeydiyyata salınmaqla həyata keçirilə bilər.

 

Layihədə həmin hissələrin Əmək Məcəlləsindən çıxarılması nəzərdə tutulub.

Tarix: 22 Sentyabr 2020, 16:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin