BURADA REKLAMINIZ OLA
BİLƏR

Livanda yenidən partlayış oldu

Livanın cənubunda yerləşən Ayn Kana yaşayış məntəqəsində partlayış olub.

 

Pravda.az İsrail KİV-inə istinadən xəbər verir ki, hadisə sentyabrın 22-də saat 15 radələrində qeydə alınıb.

 

Partlayışın tüstüsü onlarla metr yuxarı qalxıb. İlkin məlumata görə, partlayış yanacaqdoldurma məntəqələrindən birində baş verib.

 

Ölən, xəsarət alan və ziyan barədə məlumat yayılmayıb.

 

Qeyd edək ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində 190 nəfər ölmüş, 6 min nəfər yaralanmışdı.Report

Tarix: 22 Sentyabr 2020, 17:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin