BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bandotdel” Şabranda əməliyyat keçirdi, saxlanılanlar var

Şabranda keçmiş məhkumda külli miqdarda narkotik vasitə aşkarlanıb.

 

Bu barədə Pravda.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şabran şəhər sakini, əvvəllər məhkum olunmuş V.Bayramov saxlanılıb.

 

Şəxsi axtarış zamanı ondan 14 qramdan artıq heroin və 5 qrama yaxın metamfetamin götürülüb.

 

Davam etdirilən tədbirlərlə onun Şabran şəhərindəki evindən 334 qramdan artıq heroin və 33 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Tarix: 20 Dekabr 2019, 15:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin