BURADA REKLAMINIZ OLA
BİLƏR

“Müdafiə etdiyim şəxs sadə insandır, nazir oğlu Tale Heydərov deyil” - Vəkil

“Mənim müdafiə etdiyim şəxs Biləsuvar sakinidir, sadə bir insandır, nazir oğlu Tale Heydərov deyil”. 

Pravda.az xəbər verir ki, bunu vəkil Ağababa Qədirov bildirib. 

Qeyd edək ki, “unikal.org” saytı Heydərov Tale Kəmaləddin oğlunun Biləsuvar rayonunda Əliyeva Çinarə Telman qızına məxsus bağ-bostan üçün istifadə olunan torpağını zəbt etdiyini, qadın yerli məhkəməyə müraciət etsə də məhkəmə prosesini uduzduğunu yazıb. Sayt bu şəxsi nazir Kəmaləddin Heydərovun oğlu Tale Heydərov kimi qələmə verib.

Biləsuvar sakini Tale Heydərovun vəkili Ağababa Qədirov isə deyib ki, müdafiə etdiyi nazirin oğlu deyil, sadə bir vətəndaşdır, sadəcə, adı, soyadı və ata adı təsadüfən eynidir. Vəkil mətbuatın onu Çinarə Əliyevanın vəkili kimi təqdim etməsinin də yanlış olduğunu vurğulayıb və mətbuatı belə hallara yol verməməyə, məsuliyyətli olmağa çağırıb.APA

Tarix: 22 Sentyabr 2020, 18:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin