BURADA REKLAMINIZ OLA
BİLƏR

“Soruşacaqlar, niyə şortikdə deyil, kostyumda gəlmisiniz” - Rəis müavini sabiq deputatı qəbula dəvət etdi” - FOTO

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin rəis müavini Afəddin Leysanov Milli Məclisin sabiq deputatı Nazim Bəydəmirliyini idarəyə dəvət edib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə N.Bəydəmirli məlumat verib.

 

Sabiq deputat bildirib ki, dəvət onun müraciəti əsasında olub: “Məsələni həll etmək və əsassız alınmış 25 manatı online geri qaytarmaq əvəzinə, təklif edirlər ki, idarələrinə gedim... Bu tıxacda, bu stressdə 25 manatı almağa gedim ya getməyim? Gedəcəm, buraxılış məntəqəsində soruşacaqlar, kimin yanına, nə üçün, niyə şortikdə deyil,  (yəqin, məsələni tutdunuz) kostyum-qalstukda gəlmisiniz.. yenidən ərizə yazmalı olacam, bəlkə də izahat da alacaqlar, araşdıracaqlar, mühasibatlıq "dobro" verəcək, sonra da təklif edəcəklər ki, növbəyə dur və kassadan nağd al”.

Fotoları təqdim edirik
Tarix: 22 Sentyabr 2020, 22:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin