BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəlbəcəri Ermənistana birləşdirəcək yolun tikintisi başlandı – FOTO

Ermənistan rəhbərliyi Azərbaycanın işğal alıtndakı torplaqlarında infrastuktur layihələrini davam etdirirlər.

 

Bu dəfə Qarabağı Ermənistanla  birləşdirən Vardenis-Ağdərə yolunu işğal olunmuş Kəlbəcər rayonunu mərkəzi ilə birləşdirəcək yolun tikintisinə başlanılıb.

 

17 kilometr uzunluğunda yolun asfatlanması 2021-ci ilin əvvəllərinə qədər başa çatacaq. Tikinti işləri Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutunyanın iştirak etdiyi tədbirdən sonra başlayıb.

 

Bundan başqa, Kəlbəcər rayonunun Qızılqaya kəndindən Vardenis-Ağdərə yoluna 3,2 kilometrlik yol da asfaltlanaraq nəqliyyatın hərəkətinə açıq elan olunub.modern.az

Fotoları təqdim edirik
Tarix: 23 Sentyabr 2020, 07:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin