BURADA REKLAMINIZ OLA
BİLƏR

İradə Gülməmmədova iş otağında kamera axtarır

Ötən gün Dövlət Təhlüksəzilik Xidməti əməkdaşlarının Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun rüşvət və korrupsiya faklarına görə həbs edilmələri ciddi rezonans doğurub. Bu əməliyyat digər rüşvətxor icra başçılarının “kürkünə birə salıb”.

 

Pravda.az-ın xəbərinə görə, DTX-nın məlum əməliyyatından sonra əksər icra başçıları ya iş otaqlarını dəyişiblər ya da artıq iş otaqlarındakı sənədləri “sahmana” salıblar.

 

Belə ki, bu gün səhər işə gələn Abşeron rayon icra başçısı İradə Gülməmmədova da öz iş otağında kamera axtarırmış. Məlumatı verən mənbə bildirir ki, səhər saatlarından bütün otağı yaxın adamları ilə axtaran icra başçısının kamera  tapıb - tapmadığı bəlli deyil.Bizimxeber.az

Tarix: 20 Dekabr 2019, 16:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin