BURADA REKLAMINIZ OLA
BİLƏR

Nərgiz Cəlilovaya vəzifə verildi

Azərbaycan Televiziyasında (AzTV) tanınmış teleaparıcı Nərgiz Cəlilovaya yeni vəzifə həvalə olunub.

Bu barədə AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Bildirilib ki, teleaparıcı dövlət televiziyasında Aparıcılar qrupunun bədii rəhbəri vəzifəsinə təyin olunub. N.Cəlilova bununla yanaşı, AzTV-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasındakı kafedra müdiri vəzifəsində də fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, N.Cəlilova 1983-cü ildə Azərbaycan Dövlət Televiziyasında işə başlayıb. Daha sonra o, müxtəlif televiziyalarda aparıcı, prodüser və digər vəzifələrdə çalışıb.

Tarix: 24 Sentyabr 2020, 15:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin