BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağsaqqallar Şurasının sədri vəzifəsinə namizədin adı məlum oldu

Sentyabrın 29-da Azərbaycan Ağsaqqallar Şurasının qurultayı keçiriləcək.

 

Pravda.az-ın xəbərinə görə, qurultay onlayn formada təşkil ediləcək.

 

Azərbaycan Ağsaqqallar Şurasının sədri vəzifəsinə isə Eldar Quliyevin namizədliyi irəli sürülüb.

 

Azərbaycan Ağsaqqallar Şurasının sədri vəzifəsinə namizədliyi irəli sürülən Eldar Quliyev 1951-ci il iyul 26-da Bakı şəhərində anadan olub. O, II, III, IV, V və VI çağırış Azərbaycan Milli Məclisinin üzvüdür. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini, 1993-cü ildə İdarə Heyətinin sədri vəzifəsinə seçilərək hazıra kimi ictimai əsaslarına rəhbərlik edir. 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professordur.

 

Xatırladaq ki, ki, Azərbaycan Ağsaqqallar Şurasının mərhum sədri Fəttah Heydərov avqustun 4-də uzun sürən xəstəlikdən sonra 82 yaşında vəfat edib.Report

Tarix: 25 Sentyabr 2020, 11:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin