BURADA REKLAMINIZ OLA
BİLƏR

Aygün Əliyevanın yeni vəzifəsi açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) struktur dəyişikliyi olub.

TƏBİB-dən Pravda.az-a verilən məlumata görə, dəyişikliyə əsasən, qurumda mətbuat xidməti vəzifəsi ləğv olunub.

Bundan sonra mətbuatın sorğuları İctimaiyyətlə əlaqələr şöbəsinin daxilində cavablandırılacaq. 

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva qurumun Vətəndaş müraciətləri ilə iş şöbəsinə müdir təyin edilib. 

Qurumda yeni yaradılan Sənədlər və Vətəndaş Müraciətləri ilə İş departamentinin müdiri vəzifəsinə isə Aygün Əliyeva təyinat alıb.

Tarix: 25 Sentyabr 2020, 13:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin