BURADA REKLAMINIZ OLA
BİLƏR

MN: “Bu cür məlumatların heç bir əsası yoxdur”

Müdafiə Nazirliyi (MN) bəzi xarici KİV-də guya Azərbaycan ərazisində İsrailin döyüş təyyarələrinin yerləşdirilməsi barədə yayılan məlumata münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, nazirlikdən bildirilib ki, bu cür məlumatların heç bir əsası yoxdur.

 

“Təəssüflər olsun ki, bu kimi məlumatlar vaxtaşırı məqsədyönlü surətdə informasiya məkanına sızdırılır və təxribat məqsədi güdür. Bir daha bildiririk ki, hər hansı bir xarici ölkəyə məxsus döyüş təyyarəsi və digər hərbi təyinatlı vasitələr Azərbaycan ərazisində yerləşdirilməyib. Bu baxımdan yayılan məlumat iftiradır, yalandır və heç bir əsası yoxdur”, - deyə nazirlikdən bildirilib.APA

Tarix: 20 Dekabr 2019, 18:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin