BURADA REKLAMINIZ OLA
BİLƏR

İstirahət günlərində hava yağmursuz keçəcək

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Pravda.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5,   gündüz 7-12 dərəcə isti olacaq.



Lənkəran-Astara zonasında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Havanın temperaturu gecə 5-8, gündüz  8-12,dağlarda gecə 0-3,  gündüz  5-8 dərəcə istiolacaq.



Qazax-Gəncə zonasında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5, gündüz  8-13 dərəcə isti olacaq.



Aran rayonlarında  hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3-7, gündüz  9-14 dərəcə isti olacaq.



Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq ərazilərdə 6-8 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.



Paytaxtda isə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı,  əsasən yağmursuz keçəcəyi  gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.



Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu  gecə 5-7,  gündüz  10-13 dərəcə isti olacaq.                    

Tarix: 20 Dekabr 2019, 19:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin