BURADA REKLAMINIZ OLA
BİLƏR

Daha bir icra başçısı xalqın qarşısına çıxdı - FOTOLAR

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü Aşağı Quşçu kənd sakinlərinin iştirakı ilə keçirilib.

 

Pravda.az xəbər verir ki, bu görüşdə İH başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

 

İcra başçısı Məmməd Məmmədov çıxış edərək müstəqil Azərbaycan Respublikasının keçdiyi inkişaf yolundan, ölkəmizdə həyata keçirilən qlobal layihələrin əhəmiyyətindən danışaraq bildirmişdir ki, ölkəmizdə həyata keçirilən bütün tədbirlərin mərkəzində Azərbaycan vətəndaşının dayandığını və xalqımızın rifahının yüksəldilməsi istiqamətində görülən bütün işlərin və əldə olunan uğurların cənab Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi olduğunu xüsusi vurğulayıb. Rayon rəhbəri Tovuz rayonunda, eyni zamanda Aşağı Quşçu kəndində həyata keçirilən quruculuq işlərindən danışıb, rayonun sosial-iqtisadi inkişafına göstərilən dövlət qayğısını diqqətə çatdırıb.

 

Səyyar qəbul-görüşdə iştirak edən kənd sakinləri müxtəlif xarakterli təklif və tənqidi qeydlərlə çıxış etmişlər. Sakinlər  kəndin mərkəzi küçəsinin asfaltlanması, məktəb binasının əsaslı təmir olunmasına görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirərək suvarma və içməli su, mənzil növbəsi, yol, təbii qaz, ev təminatı, ev təmiri, küçələrin abadlaşdırılması, suvarma arxının təmizlənməsi, subartezian quyusunun qazılması və başqa mürəciətlər ediblər.

 

Səyyar qəbul-görüşdə səslənən fikirlərlə bağlı ətraflı müzakirələr aparılıb, müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı üzrə tapşırıqlar verilib.

 

Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov Tovuz rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

 

Xatırlatma: Prezident İlham Əliyev rayon icra hakimiyyətlərinin başçılarına bir neçə dəfə xəbərdarlıq edib. Dövlət başçısı qeyd edib ki, vəzifəsindən sui-istifadə edən məmurlar cəzalandırılacaq. Bunun sübutu olaraq Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanıldı, daha sonra N.Quliyev, Prezidentin sərəncamı ilə vəzifəsindən azad edildi.

Fotoları təqdim edirik
Tarix: 20 Dekabr 2019, 20:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin